Arxiv
7 Aprel 2020, 00:07 | AKTUAL
Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır

“Bütün dünyanı bürüyən koronavirus pandemiyası hər keçən gün qurbanlarının sayını artırmaqdadır. Yeni, qlobal təhlükə hamımızı təhdid etməkdə, milyardlarla insan isə psixoloji sarsıntı kecirməkdədir”.

Modern.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, planetin planlaşdırılmamış iqtisadi məsrəflər, ən əsası qiymətli kapitalı olan insan itkisi ilə çalxalanır:

“Sosial təcrid və xüsusi karantin rejimi vasitəsilə dünyanı, ilk növbədə isə özümüzü və ailəmizi qorumaq kimi bir məsuliyyətimiz vardır. Bunun üçünsə ən təhlükəsiz məkan evimiz, ən etibarlı tərəfdaşımız ailə üzvlərimiz, daha çox qorumalı olduğumuz isə doğmalarımızdır. Bizə həyat verən valideynlərimiz, taleyimizi bölüşən həyat yoldaşımız, sağlam və bilikli böyütmək istədiyimiz övladlarımız, baba, nənələrimiz, bacı və qardaşlarımızdır.

Milli, mənəvi dəyərləri müqəddəs, nəsil bağları çox möhkəm olan Azərbaycan ailələri üçün indiki həssas dönəmdə bu məsələ yeni məzmun və çalarlar kəsb edir. Hörmətli bacılar və qardaşlar,əziz valideynlər gəlin baxaq, bu gün hər kəs onu kənardan gözləyən təhlükə qarşısında öz ailəsinə sığına bilirmi? Öz doğmalarından diqqət, dəstək, kömək ala bilirmi? Doğurdan da hər uşaq, qadın, ahıl və qayğıya ehtiyacı olanlar özlərini öz evlərində təhlükəsiz hiss edərək , mərhəmət və sevgiylə əhatə olunurlarmı?. Suallar çoxdur amma təəssüf ki, cavablar hər zaman qaneedici deyildir”.

O, qeyd edib ki, son günlərin koronavirus statistikası sübut edir ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər bu dəhşətli virusdan qorunmaq üçün əlverişli şəraiti təmin edir:

“Yetər ki, hər kəs öhdəlik və vəzifələrini lazımınca yerinə yetirsin, itkiləri azaltmağa yönəlmiş fəaliyyətin bir parçası kimi özünü hiss etsin. Özünə və ailəsinə görə cavabdeh olduğunu unutmasın. Əlbəttə virusun aldığı canlar və hədələdiyi soydaşlarımızın çəkdiyi əziyyətlər hər birimizi ağrıdır və günümüzün reallığıdır. Amma çox böyük təəssüflə qeyd etmək istədiyim daha bir acı reallıq da var ki, onu nə anlamaq, nə də ki, qəbul etmək mümkündür. Hər kəsin öz ailəsinə sığındığı indiki həssas bir zamanda bütün dünya ölkələrində ailədaxili zorakılıq halları daha da artmaqda, uşaqlar, ahıl insanlar ailə üzvlərinin təzyiqinə məruz qalmaqda, daha çox sayda qadınların isə həyatlarına faciəvi şəkildə son verilməkdədir.

Təsadüfi deyildir ki, BMT nin Baş Katibi Antonio Quterreş gender əsaslı zorakılığa son qoyulmasına dair son müraciətində "ən çox sayda qadının özünü olduqları yerdə - evdə təhlükəsiz hiss etmədiklərini "vurğulayaraq hər kəsi ailədaxili sülhə çağırıb.

Məncə ən dəhşətli və ən qorxulu virus hər birimiz üçün "qala sayılan" evlərdə və ailələrdə qadınlara və qızlara qarşı ən müxtəlif səbəblərdən və yaxud heç bir səbəbsiz bəslənən nifrət, heç nə ilə ovunmayan qəzəb, heç bir sərhəd tanımayan aqressiv münasibətdir”.

B.Muradova daha sonra qeyd edib ki, dünyaya gətirilən övladların həyatını, gələcəyini, arzularını məhv etmək, ağsaqqal məsləhətinə, ağbircək öyüdünə kar olmaq, nəinki cəmiyyət, eləcə də mənəviyyat qanunlarını heçə saymaqdır:

“Daxili komplekslərinin və şəxsi uğursuzluqlarının əsirinə çevrilərək öz həyatını və gələcəyini də ya impulsiv və düşünülməmiş hərəkətlərlə və daha pis halda şüurlu və planlaşdırılmış şəkildə qəddarcasına həyata keçirdiyi orta əsrlər dövrünə xas "ölüm aktı" ilə məhv etməkdir. Zənnimcə dünyanın daha böyük təhlükələrlə üz-üzə qaldığı bu "Qlobal Karantin" dövrü bizdən beynəlxalq, regional və məhəlli miqyasda həyatımıza və eləcə də düşüncələrimizə yeni bir baxış tələb edir. Çıxaracağımız nəticələr isə insanlığın taleyi üçün kifayət qədər əhəmiyyətli olmalıdır.

Amma bir həqiqəti də unutmaq olmaz ki, hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır. İnsani dəyərləri, mərhəməti, sevgini qorumaqdır. Hətta böyük olsa belə "Günahları "bağışlamağı bacarmaqdır. Yaxud bu işi ədalət mühakiməsinə həvalə etməkdir. İnsanı öz vicdanı ilə baş-başa buraxmaqdır. Heç bir halda özünü həm hakim, həm də hökmün icraçısı hesab etmək deyildir.

Hər kəsi öz hücrəsinə çəkilməyə vadar edən qlobal pandemiya təbii ki, dünya ölkələrinin birgə səyləri ilə itkilər hesabına olsa belə cilovlanacaq. Amma bu fiziki itkilər mənəvi itkilərimizlə heç zaman tən gələ bilməz. Odur ki, əziz həmvətənlər, biz hər zaman olduğu kimi bu çətin sınaq zamanında da milli mənəvi dəyərlərimizə, milli kimliyimizə, vətəndaş həmrəyliyinə xələl gətirən, ana və bacılarımızın ,gənc qızlarımızın öz evində belə təhlükəsizliyinə "Güvəni" zədələyən belə hallara qarşı çıxmalı, birliyimizin əsasını və dövlətimizin dayaqlarından birini təşkil edən ailə institutunun sarsıdılmasına yönələn belə zərərli meyllərdən qurtulmalıyıq.

Bir daha hamınızı məişət zorakılığı hallarına qarşı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səylərinə daha aktiv qoşulmağa, bizim bu gün koronavirusdan qorumağa çalışdığımız yaxınlarımıza və doğmalarımıza qarşı fiziki güc tətbiqindən çəkinməyə çağırırıq. Qoy uca Tanrı insanlığı qorusun!!!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
129 ölkə vətəndaşlarına Yaponiyaya gəlmək qadağan olundu 5 İyun 2020, 17:22 “Planet Parni iz Baku”nun aktyoru vəfat etdi - FOTO 5 İyun 2020, 17:20 Xeyrəddin Qoca: Dedim ki, mən Baş konsulam, alverçi deyiləm! 5 İyun 2020, 17:14 Ronaldu ilk milyarder futbolçu oldu 5 İyun 2020, 17:08 Dövlət Reklam Agentliyində işçilərin sayı artırıldı 5 İyun 2020, 17:02 “Azərişıq” və “Azəriqaz” birgə layihələrə başladı - FOTO 5 İyun 2020, 16:56 İqtisadiyyat Nazirliyi daha 150 obyektdə pozuntular aşkarladı - FOTO 5 İyun 2020, 16:50 Tarixi reallıqlara obyektiv elmi baxış - İsa Həbibbəyli yazır   5 İyun 2020, 16:44 Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR 5 İyun 2020, 16:38 “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçirilib 5 İyun 2020, 16:32 İlham Əliyev İsveç Kralına məktub göndərdi 5 İyun 2020, 16:26 Mehman Hüseynov üçün 140 min manat TOPLANDI 5 İyun 2020, 16:20 Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI 5 İyun 2020, 16:15 Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi 5 İyun 2020, 16:09 Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22 Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:16 Deputat seçiciləri qəbul etdi - FOTO 5 İyun 2020, 14:10 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04