Modern.az

Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı - Xüsusi xidmət təkzib etdi

Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı - Xüsusi xidmət təkzib etdi

Dünya

Bu gün, 14:33

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə azərbaycanlının Meğri rayonu ərazisinə daxil olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzindən Ermənistan KİV-nə  bildirilib.

“Bu, dezinformasiyadır. Ümumiyyətlə, həmin məlumatların hamısı yalandır. Onları qəti şəkildə təkzib edirik”, – deyə MTX-nin mətbuat mərkəzindən bildirilib.

Xatırladaq ki, bu gün bir sıra Ermənistan KİV-ləri gecə saatlarında Meğri şəhəri yaxınlığında azərbaycanlı olduğu ehtimal edilən üç nəfər naməlum şəxsin göründüyü barədə məlumat tirajlayıb. Həmin məlumatlarda naməlum şəxslərin guya pilotsuz uçuş aparatları vasitəsilə axtarıldığını iddia edib.

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir