Xəzər regionunda iqlim dəyişmələri 2050-ci ilədək 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər.
Modern.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində çıxışı zamanı Dünya Bankının məlumatlarını açıqlayıb.
O bildirib ki, Xəzərin ağır ekoloji vəziyyətini regiondakı genişmiqyaslı iqlim dəyişmələrindən ayrı qiymətləndirmək olmaz.
Tokayevin sözlərinə görə, proqnozlar əsrin sonunadək regionun bəzi hissələrində temperaturun 5 dərəcə yüksələ biləcəyini göstərir. Bu isə buzların əriməsini sürətləndirəcək, su qıtlığını, quraqlığı və torpaqların deqradasiyasını gücləndirəcək.