Modern.az

Avropa İttifaqı Azərbaycana 14 milyon avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı Azərbaycana 14 milyon avro maliyyə yardımı ayırdı

9 Aprel 2020, 09:06

Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit "Twitter" hesabındakı paylaşımında məlumat verib.

 

Bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir