Modern.az

Paşinyan bu gün İrlandiyaya gedir

Paşinyan bu gün İrlandiyaya gedir

Dünya

Bu gün, 08:23

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-13-də İrlandiya Respublikasında işgüzar səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat yayıb.

Səfər çərçivəsində Nikol Paşinyan Dublində keçiriləcək Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak edəcək.

Bundan əlavə, səfər zamanı Ermənistan hökumət başçısının xarici ölkələrin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!