Modern.az

Azərbaycanda evdən çıxışına qadağa qoyulan qadınlar kişilərdən çoxdur

Azərbaycanda evdən çıxışına qadağa qoyulan qadınlar kişilərdən çoxdur

Aktual

9 Aprel 2020, 11:15

2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya bildirilib.

Məlumata əsasən, onlardan  306,8 mini kişi, 413,1 min nəfəri qadındır.

Bildirilib ki, sözügedən  yaş qrupunda olan əhalinin sayı, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib.

Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında  xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı