Arxiv
9 Aprel 2020, 17:20 | AKTUAL
Yeni deputat Məşhur Məmmədov Baş Nazirə müraciət etdi

70 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədov Baş Nazir Əli Əsədova müraciət edib.

Milli Məclisin bu  gün keçirilən iclasında çıxış edə bilməyən Məşhur Məmmədov yazılı şəkildə qeydlərini Baş Nazirin diqqətinə çatdırıb.

 

Modern.az deputatın yazılı müraciətini təqdim edir:

 

"Hörmətli Baş Nazir!

 

Bildirmək istəyirəm ki, ümumilikdə 2019-cu il Azərbaycan üçün uğurlu il olub. İqtisadi və sosial sahələrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülüb. Ümumilikdə götürdükdə qeyri -neft sektorunun davamlı inkişafı istər sənayedə , tikinti sektorunda, inşaat sektorunda, istərsə də kənd təsərüfatında , turizimdə öz dinamik artımını göstərir. Sosial sahədə isə cənab Prezident tərəfindən atılan addımlar bütün əhalinin sosial təminatını daha da yaxşılaşdırıb. Bütün bunları nəzərə alaraq Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxş hesab edilməlidir.

 

Əminliklə deyə bilərik ki, 2020 –ci ilin ilk aylarında da eyni templə inkişaf gedirdi. Bütün dünyada baş verən koronavirus pandemiyasının və neftin qiymətinin iki dəfədən çox aşağı düşməsi dünya iqtisadiyatına təsirsiz ötməyəcək. Azərbaycanın bu təsirlərdən daha az zərərlə çıxacağına əminik. Cənab prezidentimiz və Nazirlər Kabinetinin atdığı addımlar sayəsində, dövlətimiz iqtisadiyatın dəyanığlı inkişafını təmin edəcək.

 

Bir millət vəkili kimi mən də bəzi təklifləri verirəm və bunların nəzərə alınmasını arzu edirəm: İndiki şəraitdə ölkədə iqtisadi amnistiyanın verilməsi. Bu dövrüyə əlavə pul kütləsinin daxil olmasına, ölkə daxili investisiyanın artırmasına, yeni iş yerlərinin açılmasına, büdcəyə əlavə vəsaitlərin daxil olunmasını təmin edəcək. Bildiyiniz kimi Azərbaycanda təşviq sənədi qəbul edilib. Bu təşviq sənədinə görə ölkəyə gətirilən avadanlıqlar müraciət edilib təşviqi sənədi aldığı halda gömrük rüsumundan və əlavə vergi dəyərindan azaddır. Təklif edirəm ki, ümumiyyətlə Azərbaycana idxal olan avadanlıq və qurğular bütövlükdə əlavə dəyər vergisi və rüsumdan azad olsun. Bu ümumilikdə qeyri neft sektoruna, investisiya artmasına səbəb olar, həmçinin bəzi bürokratik sənədləri aradan qaldıra, bütün sahibkarlar üçün əlçatan edər.

 

Masallı rayonu həmişə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Rayonda son illərdə çox böyuk quruculuq və abadlıq işləri görülüb. Rayonda yollar çəkilmiş, məktəblər tikilmiş, rayon xəstəxanası əsaslı təmir olunub. Rayonda ASAN xidmətinin yeni binasının tikilməsi, Masallı Yeni Sənaye Məhəlləsinin salınması və tikilib istifadəyə verilməsi Masallıya külli miqdarda investisiyanın qoyulmasıdı. Həmçinin yeni iş yerlərinin açılması və insanların sosial həyatının yaxşılaşması deməkdir. Bildiyiniz kimi, mən 70 saylı Massalı seçki dairəsinin millət vəkili seçildiyim üçün Masallı rayonunun seçicilərin istək və arzularının, rayon problemlərinin Sizə çatdırılması üçün ,bəlkə də əlverişli zaman deyil , çünki dünyada baş verən problemlər daha vacıb olduğu üçün , bu məsələlərin arxa plana keçməsi daha doğrudur.

 

Buna baxmayaraq seçicilərin bəzi istək və arzularını Sizə çatdırmmaq istəyirəm. Şərəfə kənd tam orta məktəbi 1921-ci ildə Masallı rayonunda fəaliyyətə başlamış ilk məktəbdir. 1986-cı ildə kənddə birtipli layihə əsasında 640 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilib. Şərəfə kənd tam orta məktəbinin binası tikildiyi vaxtdan bəri əsaslı təmir edilmədiyindən 619 şagirdin təhsil aldığı məktəb binasının əsaslı təmirinə ehtiyac vardır. Bu barədə rayon İcra hakimiyyətinə kənd sakinləri tərəfindən dəfələrlə şox saylı müraciətlər olunub.

 

2021-ci ildə Şərəfə kənd tam orta məktəbinin yaranmasının 100 ili tamam olur. Bu münasibətlə məktəb binasının əsaslı təmir olunması kənd sakinlərinə, həmçinin məktəb kollektivinə böyük tövhə olardı. Qeyd olunanları nəzərə alaraq 2021-ci ildə 640 şagird yerlik Şərəfə kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasına aidiyyəti üzrə müvafiq tapşırıq verməyinizi xahiş edirəm. Masallı rayonunda bağça yaşlı uşaqların sayı 21983 nəfər təşkil edir. Rayonda 5-i şəhər , 1-i qəsəbə,12-si kənddə olmaqla fəaliyyət göstərən 18 məktəbəqədər təhsil müəssisəsində 1020 uşaq tərbiyə alır ki, bu da rayon üzrə bağça yaşlı uşaqların 4,6%-ni təşkil edir. 18 məktəbəqədər təhsil müəssisəsinin bina vəziyyəti ilə bağlı bildiririk ki, 4 məktəbəqədər təhsil müəssisəsi üçün yeni bina tikilmiş, 4-ü isə əsaslı təmir edilib. Digər 3-nün yeri binaya, 2-si (Şəhər 1 saylı, Həsənli uşaq bağçaları) qəzalı, 1-i uyğunlaşdırılmış (Şərəfə uşaq bağçası), 7-sinin (Şəhər 4 saylı, Hişkədərə kənd körpələr evi-uşaq bağçaları, Ərkivan qəsəbə, Təzə Alvadı, Xırmandalı, Mahmudavar, Viləş kənd uşaq bağçaları) isə əsaslı təmirə ehtiyacı var və uşaqların sayına nisbətənə bağçaların sayı az olduğuna görə təzə uşaq bağçalarının tikintisinə planlaşdırılmasını nəzərdə tutardız.

 

Masallı rayonunda 1 şəhər, 2 qəsəbə və 100 kənd olmaqla 95 ümumtəhsil müəssisəsində 30413 şagird təhsil alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda 53 məktəb binası tikilib və ya əsaslı təmir olunub.  

 

Rayonda hələ də uyğunlaşdırılmış binada yerləşən 8 məktəb qəzalı vəziyyətdə olmaqla 26 məktəbin yeni binasının tikintisinə, eyni zamanda bir tipli layihə əsasında tikilmiş 15 məktəbin əsaslı təmirinə ciddi ehtiyac vardır. Valideyinlər, müəllimlər və şagirdlər tərəfindən bu məsələ ilə əlaqədar davamlı ciddi müraciətlər olur. Tikintiyə ehtiyac olan məktəblərdə 6529 şagird, əsaslı təmirə ehtiyac olan məktəblərdə 6438 şagird təhsil alır ki, bu da Masallı rayonunda təhsil alan ümumi şagirdlərin 42,6% təşkil edir. Qeyd olunanları nəzərə alaraq 26 məktəb üçün yeni binanın tikintisinə və 15 məktəbin əsaslı təmir olunmasına aidiyyəti üzrə müvafiq tapşırıq verməyinizi xahiş edirəm.

 

2014-cü ildən başlayaraq Masallı rayonu ərazisində 20,0 km uzunluğunda magistral kəmər çəkilməklə 25 kəndin içməli su ilə təminatı nəzərdə tutulub ki, 2018-ci il ərzində 5 kənddə (Sığıncaq, Məmmədxanlı, Bala Təklə, Kürdəbaz və Şərəfə kəndləri) işlər yekunlaşdırılmış və əhalinin içməli su ilə təminatı həyata keçirilib. Hazırki vaxtadək layihədə nəzərdə tutulan digər 20 kəndin (Xırmandalı, Hacıtəpə, Xoşçobanlı, Mollahəsənli, Ərəb, Təkdam, Həsənli, Köçəkli, Şəhriyar, Eminli, St Masallı, Qarğalıq, Dəlləkli, Qədirli, Xallıcallı, I Səmidxan, II Səmidxan, Alışanlı, Ətçələr və Ağakişibəyli kəndlər) içməli su ilə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülməyib. Əlavə olaraq bildirirəm ki, vətandaşlar tərəfində mütəmali olaraq 11 kəndin (Mollaoba, Qodman, Xanalion, I Yeddioymaq, Güllütəpə, Qızılağac, Təzəkənd, Gəyəçöl , Xıl, Viləş və Sərçuvar kəndləri) içməli su ilə təmin nolunması barədə müraciətlər olub. Qeyd olunanları nəzərə alaraq əvvəlcədən nəzərə tutulmuş 20 kənd və müraciətlər əsasında təklif olunan 11 kənd olmaqla umumilikdə 31 kəndin içməli su ilə təmin olunmasına müvafiq qaydada köməklik göstərməyinizi xahiş edirəm.

 

Masallı üzrə qazlaşdırılma davam edir və rayonun mərkəzi və bir çox kəndlər artıq qazlaşdırılıb. Ancaq rayonun12-i kəndinə hələdə qazlaşdırılma başlamayıb. Çox saylı seçicilərin xahişini nəzərə alaraq önümüzdəki ildə Masallının bu 12 (Dəmbəlov, Əmirtürbə, Əzizabad, Xəlfələr, Köhnə Zuvand, Məmmədzakücə, Nəzəroba, Ninalov, Rüəkənar, Şıxlar, Yeni Zurvand, Yelağac ) kəndinin qazlaşdırımasını planlaşdırasınız. Ümumilikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fəaliyyət haqqında hesabatını bütün sahələr üzrə müsbət qiymətləndiririk. Biz əminik ki, ölkəmiz bütün problemlərin öhdəsindən gələcək, vətənimizin çiçəklənməsi və ölkə vətandaşlarını sosial təminatını güçləndirməsi üçün bundan sonra da daha əzimlə inkişaf edəcəktir. Diqqətinizə görə minnətdaram!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48