Modern.az

Karantin dövründə nikahların sayı azalıb - RƏSMİ

Karantin dövründə nikahların sayı azalıb - RƏSMİ

13 Aprel 2020, 13:52

Bu ilin ilk 3 ayında Azərbaycanın qeydiyyat orqanlarında 12 311nikah qeydiyyata alınıb.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

 

Rəsmi məlumata görə, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.

 

Qeyd edlib ki, ilk 3 ayda 3 940 boşanma baş verib: “2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1.467, fevral ayında 1.493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb”.


Mart ayının 15-dən etibarən Azərbaycanda karantin rejimi tətbiq edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir