Modern.az

Nazir: Tələbələrin yay imtahan sessiyası iyun-iyul aylarında olacaq

Nazir: Tələbələrin yay imtahan sessiyası iyun-iyul aylarında olacaq

7 May 2020, 17:38

Bu il universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

"Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun - iyul aylarında keçirilməsi planlaşdırılır".

C.Bayramov deyib ki, ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır.

Nazirin sözlərinə görə, iyun-iyul aylarında imtahanda iştirak edə bilməyən tələbələr bu barədə ali təhsil müəssisələrinə məlumat verməlidirlər.

C.Bayramov qeyd edib ki, həmin tələbələr üçün yeni tədris ili öncəsi, yəni avqustda imtahan təşkil ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir