Modern.az

Tanınmış jurnalistlər internet televiziyası AÇDILAR

Tanınmış jurnalistlər internet televiziyası AÇDILAR

20 May 2020, 12:21

İki tanınmış xanım jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet televiziyası qurur. 

Modern.az xəbər verir ki, internet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.

"Biz may ayının 28-də - Cümhuriyyət günündə həmkarım Afət Telmanqızı ilə birlikdə "LAF TV" adlı internet televiziya açırıq. "LAF" sözü bizim leksikonumuzda olmasa da, türklərdə də "laf etmək" ifadəsi var. Yəni danışmaq. Bu söz bütün mənalarında bizim jurnalist missiyamıza uyğundur. Jurnalistin işi danışmaq, laf etməkdir. Həm də LAF sözündə bizim hər ikimizin adlarımızın baş hərfləri var orada. Ona görə bu adda televiziya açmaq qərarına gəldik. Tamaşaçılarımız internet vasistəsilə bizi izləyə biləcəklər",-deyə Ləman Ələşrəfqızı bildirib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub