Modern.az

Türkiyədə terror aktının qarşısı alındı

Türkiyədə terror aktının qarşısı alındı

25 May 2020, 13:06

Türkiyənin Diyarbəkir bölgəsində Ramazan bayramı günlərində planlaşdırılan terror aktının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, terror aksiyasının qarşısı yerli polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində alınıb.

Bildirilir ki, PKK terrorçularının istifadə edəcəkləri silah-sursat, o cümlədən qranat və əldədüzəltmə bombalar məzarlıqda aşkar edilib.

 

Faktla bağlı 6 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu