Modern.az

Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb

Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb

30 May 2020, 23:39

ABŞ-ın Nyu-York şəhərində keçirilən etiraz aksiyası zamanı 200-dən artıq etirazçı polislər tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bunu brifinq zamanı Nyu-York polisinin rəhbəri Dermot Şi deyib.

Onun sözlərinə görə, etiraz aksiyasında təxminən 3 min nəfər iştirak edib. D.Şi bildirib ki, şəhərin Bruklin rayonunda etirazçılar polis əməkdaşlarına Molotov kokteylləri atıblar.

"CNN" telekanalının məlumatına əsasən, etirazçılarla toqquşmalar zamanı azı 10 polis əməkdaşı xəsarət alıb, təxminən 40 polis maşınına zərər dəyib.

Qeyd edək ki, etiraz aksiyaları ABŞ-ın müxtəlif yerlərində Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi