Modern.az

Bakıda naməlum şəxslər ər-arvadı döydülər

Bakıda naməlum şəxslər ər-arvadı döydülər

Aktual

31 May 2020, 23:54

Bakının Nizami rayonunda iki nəfər döyülərək, onlardan biri bıçaqlanıb.

Modern.az xəbər verir ki, hadisə Qara Qarayev prospekti, 71 ünvanında baş verib.

Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb. N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır