Modern.az

Gömrük Komitəsi 30 milyon manatı büdcəyə ödəyib

Gömrük Komitəsi 30 milyon manatı büdcəyə ödəyib

2 İyun 2020, 15:25

Dövlət Gömrük Komitəsi may ayında bayram günləri müddətində Hökumət Ödəniş Portalı (HÖP) üzərindən dövlət büdcəsinə 30 milyon manat pul köçürüb.

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov parlamentin İqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, cari ilin may ayı ən gərgin aylardan biri olub:

“Bilirsiniz ki, 10 gündən artıq qeyri-iş günü olub. Gömrük Komitəsinin əməkdaşları isə növbəlilik əsasında işə cəlb edilib. Xarici iqtisadi fəaliyyət iştirakçılarıyla bağlı problem olmayıb. İlk olaraq bankların işləməməsinə baxmayaraq HÖP üzərindən 30 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsinə nail olunub. Bu göstərici cari ildə davam edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir