Arxiv
6 İyun 2020, 17:14 | TƏHSİL
DİM onlayn imtahanların ilk sınağını keçirdi

DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147  nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.

 

İmtahanlarda iştirak etmək üçün qeydiyyat 4 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.

 

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

 

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

 

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.

 

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.

 

Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.

 

Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri isə aşağıdakı linkdə verilib. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” yenə uduzdu 9 İyul 2020, 09:55 Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı 9 İyul 2020, 09:51 “AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...   9 İyul 2020, 09:47 Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF 9 İyul 2020, 09:42 “Cənnət bağı” karantin qaydalarını pozdu 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22