Arxiv
17 İyun 2020, 23:42 | ALLAH RƏHMƏT ELƏSİN
Xalq rəssamı Mayis Ağabəyov dünyasını dəyişdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prefessoru, Xalq rəssamı Mayis Ağabəyov dünyasını dəyişib.

Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, mərhum sabah son mənzilə yola salınacaq.

Qeyd edək ki, Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. O,1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və təhsilini Moskvada davam etdirib.

O, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirib. Mayis Ağabəyov təhsil aldığı illər ərzində M.Boqdanovun kursunda kino sənətinin incəliklərini öyrənib. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. O 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub.
İstedadlı rəssam 1965-ci ildən başlayaraq bir sıra beynəlxalq və respublika sərgilərində kino eskizləri və rəngkarlıq əsərləri ilə iştirak edib. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilib. 1996-ci ildə Türkiyənin İstanbul, 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə Böyük Britaniyanın London şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş olunub. 2002-ci ildə Baki İncəsənət Mərkəzində, 2005-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda fərdi sərgiləri keçirilib. Rəssamın 70 illik yubiley sərgisi 2011-ci ildə Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib.
1996-cı ildə pedaqoji fəaliyyətə başlayan Mayis Ağabəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq” kafedrasının professoru idi. 2006-cı ildən 2010-cu ilin oktyabr ayınadək akademiyanın bu kafedrasına rəhbərlik edib.
Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov, eyni zamanda çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələrinin və “Filmdə rəssamın rolu” kitabının (2008) müəllifidir.
Mayis Ağabəyov “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək...Ürək...”, “Günaydın, mələyim!” kimi bir çox dəyərli filmlərə tərtibat verib.
O, “Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Danaya”, “Süd verən qadınlar”, “Rəssam və model”, “Novruz”, “Lampa işığı”, “Şərq qadınları” və s. rəngkarlıq və qrafika, “Ana”, “Atlı qız”, “Toreador”, “Model” kimi kiçik həcmli plastika əsərlərini yaratmışdır.
Mayis Ağabəyovun bədii yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilmişdir. Sənətkar 1990-cı ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, təsviri sənət nominasiyasında "Humay" milli mükafatını almışdır (2012). 2004-cü ildən Prezident təqaüdçüsü idi.
Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Bakı İncəsənət Mərkəzində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00 Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İtaliya mətbuatında 14 Avqust 2020, 08:57