Modern.az

Koronavirusdan sağalanlar işə çıxa bilərlərmi? - TƏBİB-dən AÇIQLAMA

Koronavirusdan sağalanlar işə çıxa bilərlərmi? - TƏBİB-dən AÇIQLAMA

Hadisə

22 İyun 2020, 16:47

“Koronavirusdan sağalan xəstələr evə buraxıldıqda, 14 gün müddətində ev təcridində qalmalıdırlar. Onlar bununla bağlı razılıq imzalayırlar”.

 

Bunu Modern.az-a “COVİD 19” virusundan sağalan xəstələrin sonrakı həyatı haqqında danışarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib. O qeyd edib ki, 14 günlük təcriddən sonra koronavirusdan sağalanlar normal həyatlarına davam edə bilirlər:

 

“Həmçinin əvvəlki şəkildə işləmələrinə də icazə verilir. Lakin bundan sonra da ehtiyatı əldən buraxmamaq lazımdır. Həmin şəxslər qorunmalı, maska və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Pandemiya davam etdiyi müddətdə tibbi maska və dezinfeksiya məhsullarından istifadə etmək, sosial məsafəni qorumaq hər kəsə tövsiyə olunur. İnsanın “COVİD 19”a yoluxub-yoluxmaması, sağalması bu addımlarda fərq etmir”.

 

Qeyd edək ki, bu günə qədər Azərbaycanda 12 729 virusa yoluxma faktı qeydə alınıb. Bu xəstələrdən 6 799 nəfəri sağalıb, 154 nəfər isə vəfat edib. Hazırda 5 776 nəfər aktiv koronavirus xəstəsi müalicə alır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi