Arxiv
26 İyun 2020, 10:47 | ÖLKƏ
Türkiyə və Azərbaycan arasında uçuşlar BAŞLAYIR - Tarix açıqlandı

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşların tarixi məlum olub.

 

Bu barədə Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

 

Bildirilib ki, 1 iyul 2020-ci il tarixdən başlayaraq həftədə iki dəfə Türk Hava Yollarının (THY) və Azərbaycan Hava Yollarının (AZAL) İstanbul-Bakı istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. THY-nın uçuşları çərşənbə və cümə, AZAL-ın uçuşları isə cümə axşamı və şənbə günləri təşkil ediləcək.

 

"Uçuşlardan başda tələbələr olmaqla Türkiyədən Azərbaycana gəlmək istəyən Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycan Respublikasında müvafiq yaşayış icazəsi olan, biznes sahibi və ya qohumluq əlaqələri olan Türkiyə Respublikası vətəndaşları istifadə edə biləcək.

Həmçinin Azərbaycandan Türkiyəyə getmək istəyən Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşları uçuşlardan istifadə edə biləcək", - deyə səfirlikdən bildirilib.

 

Qeyd olunub ki, uçuşlardan istifadə etmək üçün bəzi şərtlərə əməl edilməlidir:

 

"Uçuşlardan istifadə etmək üçün Türkiyə Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçiməli və mənfi nəticə əldə edilməlidir. Testi harada edəcəyiniz haqqında məlumatı THY və AZAL-dan ala bilərsiniz".

 

Digər şərtə görə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana səyahət edən bütün şəxslər təyinat nöqtələrində qalacaqları ünvanlarda 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətindədirlər.

 

Aviabilet satışına gəlincə, bildirilib ki, biletlərin satışı onlayn həyata keçiriləcək.

 

"COVİD-19 pandemiyası dövründə həm təyyarələrdə, həm də hava limanlarında xüsusi tədbirlər görülmüş və xüsusi qaydalar tətbiq olunur. Bütün vətəndaşların riayət etməli olduqları bu qaydalar THY və AZAL-ın rəsmi internet səhifələrində yayımlanmışdır, bu məsələ ilə bağlı təlimatların səfərdən əvvəl diqqətlə nəzərdən keçirilməsi tövsiyyə olunur.

 

Qeyd edilən uçuşlarla bağlı ətraflı məlumatı THY-nın www.turkishairlines.com internet ünvanı və +994124048849, +902124440849 nömrələri, AZAL-ın www.azal.az internet ünvanı və +994125988880 nömrələri vasitəsilə əldə edə bilərsiniz", - deyə Türkiyənin Bakıdakı səfirliyindən bildirilib.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərdə çalışır” - Səfirlə SÖHBƏT 2 Avqust 2021, 13:26 Həqiqətə uyğun olmayan məlumatlar haradan qaynaqlanır? 2 Avqust 2021, 13:21 Mal-qara oğurlayan qardaşlar saxlanıldı - FOTOLAR 2 Avqust 2021, 13:16 Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİ 2 Avqust 2021, 13:10 Ölkədə pul bazasının həcmi artıb 2 Avqust 2021, 13:05 Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi 2 Avqust 2021, 13:00 İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR verdi- YENİLƏNİB 2 Avqust 2021, 13:00 Temperatur yenidən artır - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş kəsildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00