Modern.az

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Ölkə

10 Sentyabr 2026, 15:15

Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması təşviq ediləcək.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

2027-2032-ci illər ərzində utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması, fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili, Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir