Arxiv
29 İyun 2020, 14:08 | ÖLKƏ
Bu gündən artan cərimələrin tətbiq olunacağı yerlər - SİYAHI

Milli Məclisin iyunun 29-da keçirilən iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211.1, 211.2 və 211.3-cü maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarı artırılıb. Söhbət epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləğindən gedir.


Beləliklə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.
Vəzifəli şəxslərin cəriməsi 3 min manatdan 4 min manatadək məbləğdə olacaq.


İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.


Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən (maska) istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.


Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Modern.az xatırladır ki, maskaların istifadəsinin məcbur olduğu yerlər aşağıdakılardır:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri

- bazarlar, qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələri;

- açıq sahəli ofislər və istehsalat yerləri;

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri, elm və səhiyyə müəssisələri, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər;

- ictimai nəqliyyat dayanacaqları, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısındakı növbələr;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallar.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryandan ETİRAFLAR: “Zəngəzuru yalnız Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” 28 Yanvar 2021, 10:05 Kəlbəcərin Alıbəyli kəndi - VİDEO 28 Yanvar 2021, 10:00 Naxçıvanda kombi istehsalına başlanıldı 28 Yanvar 2021, 09:48 Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02