Arxiv
2 İyul 2020, 11:05 | AKTUAL
“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir.

 

Layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə qoşula biləcəklər.

 

Hər gün saat 15:00-da keçiriləcək tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunacaq. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq.

 

Qeyd edək ki, yuxarıda adları qeyd olunan dərnəklərlə yanaşı “Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi də nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Lotu Quli”nin adamları həbs olundu - FOTO 13 Avqust 2020, 10:44 Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23