Modern.az

“İki sahil”in nəşrə başlamasından 29 il ötür

“İki sahil”in nəşrə başlamasından 29 il ötür

Aktual

10 İyul 2020, 10:58

Bu gün ölkənin gündəlik qəzetlərindən olan “İki sahil”in ilk nömrəsinin çapdan çıxmasından 29 il ötür.
Modern.az xəbər verir ki, 1991-ci ilin 10 iyulunda Azərbaycan mətbuatının sıralarına qoşulan “İki sahil” hazırda siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərini oxucularına təqdim edir.

““İki sahil” qəzeti bu günkü qəzet bolluğunda da peşəkar jurnalist kollektivi ilə hadisələrə operativ reaksiya verir və dövrüliyinə görə ölkənin ən nüfuzlu mətbu orqanlarından hesab olunur”,-deyə redaksiya bəyan edib.

“İki sahil”in baş redaktoru Vüqar Rəhimzadədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü