Modern.az

Fransada COVİD-19 qurbanlarının sayı 30 mini ötdü

Fransada COVİD-19 qurbanlarının sayı 30 mini ötdü

Aktual

10 İyul 2020, 23:49

Fransada koronavirus qurbanlarının sayı artıb.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, Fransada epidemiya başlayandan bəri koronavirusdan 30 004 nəfər ölüb.

Fransanın Səhiyyə Nazirliyinin  məlumatına görə, onlardan 19 528 nəfər xəstəxanalarda dünyasını dəyişib.

Bildirilib ki, sosial-tibbi müəssisələrdə ölüm hadisələri barədə məlumatlar iyulun 15-də açıqlanacaq.

Hazırda xəstəxanalarda 7062 nəfər müalicə olunur.

Son 24 saat ərzində xəstəxanalara 136 nəfər yerləşdirilib. Reanimasiyada olan xəstə sayı 496 nəfərdir.

Epidemiya başlayandan bəri ümumilikdə 105400 nəfər xəstəxanaya yerləşdirilib. Təxminən 78 400 nəfərin sağaldığı qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır