Modern.az

356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO

356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO

13 İyul 2020, 22:52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 015 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 576 249  test aparılıb. İndiyədək 313  nəfər COVID-19-dan dünyasını dəyişib, 15 640 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8617  nəfərdir. Hazırda 356 nəfər reanimasiyada müalicə alır. 58 nəfər isə süni tənəffüs cihazına qoşulub.


Qeyd edək ki, bu gün Azərbaycanda 529 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı