Modern.az

BQXK cəbhədəki gərginlikdən narahatdır - Rəsmi

BQXK cəbhədəki gərginlikdən narahatdır - Rəsmi

14 İyul 2020, 16:34

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca 12 iyul 2020-ci il tarixindən etibarən intensivləşmiş və barəsində məlumat verilmiş hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır.

 

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir:

“BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır.

 

BQXK-nın region üzrə əməliyyatlarının direktoru Martin Syup tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırıb:

“Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq.”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi