Arxiv
15 İyul 2020, 08:07 | PARLAMENT
Ölkəni 90-cı illərə qaytarmaq istəyənlərin əməlləri vakuumda qalacaq -  Təxribata ilk deputat REAKSİYASI

Ötən gecə və bu gün səhər saatlarınadək Bakıda insanlar cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Ancaq təxribatçı qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Milli Məclisin binasını tutmağa cəhd edən qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltdilər.

Modern.az xəbər verir ki, Milli Məclisin üzvü Etibar Əliyev baş verən hadisələrə ilk reaksiya verən deputat oldu.

- Tovuzda Ermənistan təxribatının qarşısı alınarkən igid hərbiçilərimiz şəhid olublar. Onların coşqu ilə yad edilməsi təbiidir. Düşmən Ermənistan artıq əsəblərimizi tarıma çəkib. Vətən uğrunda canlarından keçən İgid oğulların ruhunun yad olunması zamanı insanlarımızın Vətənə sevgisini düşmənə əlavə fürsət verəcək hərəkətlərə çevirmək yolverilməzdir.

Ölkədə ritorika bəllidir: Dövlətimizin yanında olmaq. Ali Baş Komandanın qərarlarına tabe olmaq. Bu imperativ xarakter alıb. Ölkəni ötən əsrin 90 - cı illərinə qaytarmaq istəyən xarici və daxili qüvvələrin məkrli əməlləri vakuumda qalacaq, bumeranq effekti verəcək. Dövlətin gücü, Dövlət Başçısının qətiyyəti və rasional addımları, Xalqın dərin inamı buna imkan verməyəcək.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək bəyanatında olduqca maraqlı məsələyə toxundu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir”.

Gecə baş verən hadisələr, xüsusilə parlament ətrafında baş verən antimilli hərəkətlər bu fikri təsdiqlədi. Heç bir məkrli xarici və daxili qüvvə Azərbaycan xalqının Prezidentinə olan dəstəyini seyrəldə bilməz. Və düşünürəm ki, Dövlətimizin güclənməsinə dayanmadan dəstək verməliyik.

Qarşıda Qarabağımızın azad olması kimi şərəfli və məsuliyyətli işimiz var. Qarşıda şəhidlərimizin qanını yerdə qoymamaq kimi andımız var...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54 Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan YAZDI 17 İyun 2021, 16:48 Sabah İranda prezident seçkiləridir: azərbaycanlılar kimə “hə” deyəcək?  17 İyun 2021, 16:42
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?