Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasınının daha 25 əməkdaşı koronavirusa yoluxub. Bununla da Klinikada ümumilikdə COVİD-19-a yoluxanların sayı 58-ə çatıb.
Bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.
G.Aslanovanın sözlərinə görə, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18nəfəri isə texniki işçidir:
“Onlardan sağalıb evə gedənlər də var, hazırda müalicəsi davam etdirilənlər də var”.