Modern.az

Türkiyədən sərt mesaj: \"Kimsə Türkiyə bayrağına hörmətsizlik edə bilməz\"

Türkiyədən sərt mesaj: \

26 İyul 2020, 00:17

Yunanıstanda Türkiyə bayrağının yandırılmasını şiddətlə qınayırıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözçüsü Ömər Çelik Tvitter hesabında yazıb.

 

O bildirib ki, Aya Sofyanın açılmasına guya etiraz edən yunan faşistləri cəsarətləndirən siyasətçiləri də qınayır:

 

“Beyni Bizans xəyalları ilə dolu olan dar fikirli yunan siyasətçilər öz cəmiyyətlərini zəhərləyirlər. Öz bayraqlarının yanında ötən gün Bizans bayrağı asanlar və yas elan edənlər, kimsə Türkiyə bayrağına hörmətsizlik edə bilməz. Türkiyə bayrağını yandıran faşistlər dünən Aya Sofya məscidində millətimizin mesajını yaxşı başa düşməlidir. Aya Sofya bəşəriyyətin ortaq dəyəri olaraq hər kəsə açıqdır”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir