Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO

Hadisə

2 Avqust 2020, 20:17

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 727 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 738 963 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 286  yeni yoluxma, 8 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 32 443 nəfər virusa yoluxub, 462 nəfər  ölüb, 27 113  nəfər isə sağalıb. Son sutka ərzində 639 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 868  nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 272 nəfər müalicə alır, 62 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü