Modern.az

Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb

Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb

4 Avqust 2020, 12:21

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna(İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 1 iyul 2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-a verilən məlumata görə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olub ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb.

Ümumiyyətlə qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış  İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olub.

Rəsmi məlumata görə,  ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion  narkotik istifadəçisi olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...