Modern.az

““Qarabağ” “Neftçi”nin səhvini unutmamalıdır” - Rasim Mövsümzadədən Ağdam klubuna MƏSLƏHƏT

““Qarabağ” “Neftçi”nin səhvini unutmamalıdır” - Rasim Mövsümzadədən Ağdam klubuna MƏSLƏHƏT

9 Avqust 2020, 23:19

"Ardıcıl 7 mövsümdür Azərbaycan çempionu olan “Qarabağ”la müqayisədə rəqibi “Sileks” heç ölkəsinin aparıcı klubu da deyil. Məsələn, bir faktı qeyd edim, Kratovo şəhərciyinin təmsilçisi sonuncu dəfə 2009-cu ildə Şimali Makedoniyanın əsas millisinə oyunçu verib. 2014-cü ildən avrokuboklarda, mütəmadi olaraq, qrup yarışında çıxış edən “Qarabağ”dan fərqli, makedoniyalıların klub futbolunda ən böyük uğuru yalnız 2017/18 mövsümündə “Vardar”ın Avropa Liqasında qrup mərhələsinə çıxması olub".

Bu fikirləri Modern.az-a “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə 2020/21-ci il mövsümündə Çempionlar Liqasında yarışacaq “Qarabağ”ın ilk rəqibi barədə danışarkən deyib.

Mütəxəssisin fikrincə, Azərbaycan UEFA-nın reytinqində Şimali Makedoniyanı 2010-cu ildən qabaqlayır:

"O vaxtdan bəri “Qarabağ” iki dəfə həmin ölkənin “Metalurg Skopje” komandasını mübarizədən kənarlaşdıra bilib. Azərbaycan çempionu bu səbəblərdən “Sileks”lə mübarizədə aşkar favorit sayılsa da, “Neftçi”nin 2016-cı ildə rəqibini ciddiyə almayaraq, Makedoniya “Shkendija”sı ilə “duel”dən məğlub (0:0, 0:1) ayrıldığını da unutmamalıdır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir