Modern.az

Qazaxıstan Senatına keçirilən seçkilərlə bağlı ilkin RƏY

Qazaxıstan Senatına keçirilən seçkilərlə bağlı ilkin RƏY

12 Avqust 2020, 17:30

“Qazaxıstan parlamentinin yuxarı palatası Senata keçirilən seçkilər mövcud qanunvericilk əsasında açıq və şəffaf keçirilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidə missiyasının rəhbəri Rəşad Məmmədov açıqlama verib.

“Biz seçkilərdə beynəlxalq müşahidəçilər kimi iştirak edirik və çoxsaylı görüşlər keçirmişik. Dünən Qazaxıstan Mərkəzi Seçki Komissiyasında Nur-Sultan şəhərinin akimat üzvləti ilə görüş keçirilib, Senat deputatlığına namizədlərin səlahiyyətli nümayəndələri və Nur-Sultan şəhərinin məslihatı ilə söhbətlər aparmışıq. Və indi, saat 10-dan bəri Nur-Sultanın seçki məntəqələrindəyik”-deyə Rəşad Məmədov açıqlama verib.

 

Bununla belə, o, pandemiyaya görə böyük nümayəndə heyətinin şəhərə gələ bilməməsindsən təəssüf ifadə edib.

“Türkdilil Ölkələrin Əəmkdaşlıq Təşkilatı Qazaxıstandakı diplomatik nümayəndəliklərindən ibarət müşahidə missiyası formalaşdırmaq qərarı verib. Biz namizədlərin, müşahidəçilərin və KİV qeydiyyata alındığı gündən seçkiləri izləyirik. Nur-Sultan şəhərinin məslihat və MSK-nın birgə iclasında iştirak etmişik. Deyə bilərik ki, seçkilər demokratik şəraitdə - açıq, şəffaf və qanunvericilk çərçivəsində baş tutub”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir