Arxiv
14 Avqust 2020, 14:26 | TƏHSİL
İmtahan başa çatdı - 1 nəfər zaldan qovuldu

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

 

İmtahanlar 19 şəhər və rayonda təşkil olunub.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 80 imtahan binası, 1427 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 80 ümumi imtahan rəhbəri, 243 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 1 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

Avqustun 15-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

 

Qeyd edək ki, bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən 13-14 avqustda keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15