Arxiv
15 Avqust 2020, 13:56 | QARABAĞ
Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.

 

Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin Modern.az-a daxil olan birgə açıqlamasına görə, 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Məlumat üçün bildiririk ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.

 

Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir.

 

Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

 

Xatırladırıq ki, beynəlxalq hüquq ilə yanaşı, Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

 

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququ təmin ediləcək və təcavüzkar Ermənistan bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir.

 

XİN Ermənistanın Kəlbəcərdə saldığı yeni qanunsuz yaşayış məskəninin peyk görüntülərini yayıb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00