Modern.az

Çingiz Qənizadənin dostu koronavirusdan vəfat etdi

Çingiz Qənizadənin dostu koronavirusdan vəfat etdi

17 Avqust 2020, 17:56

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda döyüşmüş təqaüddə olan prokurorluq əməkdaşı Tanrıverdiyev Telman Əliş oğlu koronavirusdan dünyasını dəyişib.

 

Bu barədə Modern.az saytına mərhumun tələbə yoldaşı və dostu, sabiq deputat Çingiz Qənizadə məlumat verib.

 

Çingiz Qənizadə dostunu itirdiyinə görə çox məyus olub. O, müsahibə verən zaman emosiya və hisslərini gizlədə bilməyib, dostunun ölümünə görə ağlayıb.

 

Telman Tanrıverdiyev ötən gün gecə saatlarında dünyasını dəyişib. Bu gün isə mərhum torpağa tapşırılıb.

 

Qeyd edək ki, Telman Tanrıverdiyev Laçın rayon Polis şöbəsinin müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxatəlif vəzifələrdə çalışıb. İki il öncə təqaüdə çıxıb.

Allah rəhmət etsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir