Arxiv
29 Avqust 2020, 16:50 | MƏDƏNİYYƏT
Komitə sədri tarixi abidə ilə bağlı Baş nazirə MÜRACİƏT ETDİ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gədəbəyin ağır vəziyyətdə olan qədim tarixi və mədəniyyət abidələri ilə bağlı Baş Nazirə və müvafiq qurumlara müraciət edib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib: “Qədim Gədəbəy rayonumuzdan olan bir qrup ziyalıların “Mahsara”, “Qız Qalası” və bir sıra digər qədim abidələrin müvafiq qurumların biganə münasibəti səbəbindən ağır vəziyyətdə olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə etdikləri müraciət əsasında bir sıra dövlət qurumlarına müraciətlər göndərdik.

 

Rəsmi qurumlara qədim tariximizi özündə əks etdirən bu abidələrlə bağlı ciddi narahatlığımızı özündə əks etdirən müraciətlərlə bərabər bu məsələ ilə bağlı Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə geniş fikir mübadiləsi də apardıq, vəziyyətin xüsusi diqqətə götürülməsini xahiş etdik. Baş nazirimiz hörmətli Əli Əsədova bu məsələ ilə bağlı müraciətimizə çox həssaslıqla reaksiya verdiyi üçün təşəkkür edirəm. Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin rəhbəri əlaqə saxlayaraq bu məsələ ilə bağlı arşdırılması və tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verildiyini vurğuladı.

 

Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Mədəniyyət nazirliyində bu sahəyə cavabdeh olan qurumun uzun müddət tarix və mədəniyyət abidələrinə biganəliyindən təəssüflənərək bu abidələrlə bağlı məsələlərə və Mədəniyyət komitəsinin bununla bağlı müraciətinə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə söhbətimiz zamanı bu abidələrə gedən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çınqıllanmasına dəstək göstərilməsinin rayonda tarixi-mədəni turizmin inkişafına da öz müsbət təsirini göstərə biləcəyini vurğuladı. Bununla bağlı Mədəniyyət komitəsi adından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə də müraciət göndərdik.

 

Ümid edirəm ki, Mədəniyyət nazirliyində gedən dəyişiklik və islahatlarlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək və ciddi addımlar atılacaq. Müraciətlərimizə həssas yanaşan qurumların rəhbərlərinə təşəkkürümü bildirirəm.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28