Modern.az

Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - FOTOLAR

Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - FOTOLAR

29 Avqust 2020, 17:12

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir. Belə ki, Ermənistan Qarabağa açıqlan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər 27,5 kilometr hissəsi asfaltlaşdırır.

 

Yolun xüsusilə dağlıq 2 yerində isə körpü inşa olunmasına hazırlıq görülür.

 

Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni fərqi ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.

 

Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi Yerevanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməyi də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır