Modern.az

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - 3 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - 3 nəfər öldü

16 Sentyabr 2020, 15:52

Azərbaycanda koronavirus infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Son sutkada COVİD-19 testinin nəticələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38658 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 nəfərdir.

 

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb. Ölkədə son sutka ərzində 7656, hazırkı dövrədək isə 1027685 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı