Bugünkü hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında müstəsna xidmətləri olmuş şəxsləri “91-lər” adlandırırlar.
1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.
Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi:
“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.
Heydər Əliyevin vəfatından sonra YAP-da “91-lər”ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırldı. Hətta bir çoxlarının yaddan çıxdığını da söyləmək olar.
Bəs məşhur “91-lər”dən kimlər dünyasını dəyişib? Modern.az bununla bağlı kiçik bir araşdırma aparıb. Bu işdə bizə “91-lər”in üzvü olmuş bəzi ziyalılar kömək etdilər.
Məlum oldu ki, “91-lər”dən adları aşağıdakı siyahıda qeyd edilənlər həyatda deyillər.
1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. İqrar Əliyev.
4. Məmmədtağı Cəfərov.
5. Sabir Hacıyev.