Modern.az

Telerejissor Mehriban Ələkbərzadə ilə fotosöhbət

Telerejissor Mehriban Ələkbərzadə ilə fotosöhbət

Fotosöhbət

25 İyun 2012, 08:07

Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci il avqustun 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsinə 1983-cü ildə daxil olub. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət Televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. Ali savadlı rejissor diplomu almaq üçün o, 1998-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. "Əla" qiymət alan gənc rejissor təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Burada Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər" 24 aprel 1990) pyeslərinə quruluş verib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.

Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli fılmlərin rejissorudur. 2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.

 

Atamla....

 

Kədərli uşaqlığım...

 

İkinci sinifdə oxuyurdum...

 

8-ci sinif şagirdiyəm. Qarşımda çəhrayı arzular boy göstərir...

 

Orta məktəbə vida dediyim zamandır. O zaman arzularım aşıb-daşırdı...

 

Ali məktəb tələbəsiyəm. Amma qaygılarım çoxdur…

 

Universtitet divarları… Kurs işinin təhvili…

 

Növbəti mərhələm… 

 

Böyük SEÇİM qarşısındaydım...

 

Diplom tamaşam SARTRdan sonra… 

 

Rejissor kimi ilk əmək kitabçam açıldı... 

 

Artıq 33 yaşım var...

 

"Güzgü" filminin çəkiliş meydançası... 

 

Həmin filmdə baş rolun ifaçısı Pamiz Əzizbəyli  ilə işləyirik...

 

Space-dəki məşhur zamanlarım “Dünən Bu gün Sabah” proqramları… 

 

AzTV-də başıbəlalı MAARİFÇİLİK studiyası…2007-2008-ci illər...

 

Türkiyədə konfransda çıxışdan öncə...

 

PANAfilm studiyasında Bahadur Özdenir (ssenarist) və Mehmet Canpolatla (baş prodüser).

 

H.Cavidin “Afət” əsərinə verdiyim quruluşun premyera günü.

 

Ufa şəhərində teatr festivalında...

 

Amerika... Vaşinqtonda NBCW TV-də. 

 

Moskvada... İşgüzar səfərdə. 

 

Space-də departamentimdəki uşaqlarla xatirə fotosu 

 

Daşkənddə... Azərbaycan Kino günləri.

 

Kinoda müəllimim Rasim Ocaqovla...

 

Türkiyədə MƏKAN Teatro festivalında.

 

Amerikalı Mister Li ilə…

 

İstanbulum…. sevdiyim rakursda foto yapıram.

 

Xınalıq yolunda çəkimdən sonra…

 

ARDNŞ-nin 1-ci vitse-prezidenti Xöşbəxt Yusifzadə haqqında filmin çəkilişi zamanı.

 

Hava limanında...

 

BİLKENT Universtetində məruzəm… Tələbə və müəllim heyətiylə görüş...

 

Amerikanın MİFİnin sındığı zaman - 2001 il.

 

Məhkumlar- bədii filminin çəkimi zamanı operator Kənan Məmmədovla.

 

Lahıc - Niyal dağlarında  çəkiliş prosesində…

 

Həyatımın ciddi mərhələsində…

 

Amerikada film çəkilişləri zamanı...

 

Filmlərimdən sonrakı görüşlərin birində.

 

"Məhkumlar" filminin çəkilişində...

 

Praqada konfransdan öncə...

 

"Qara MART - 1918 il" sənədli-bədii filminin çəkim prosesi operator Adil Abbasovla.

 

Tarixi  muzeydə… Təmkinli ola bilmirəm...

 

ANS-ə məxsus fotodur. Dostlarımın layihəsində…

 

LAHIC- çəkilş qrupu tam olaraq.

 

Murovdağda “N”… mövqeyi… "Azərbaycan və Azərbaycanlılar" layihəsində.

 

 

Azərbaycan Xanlıqları…(Şəki-) filminin çəkilişində.

 

Atam-dan sonra…

 
Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub