Modern.az

THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır

THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır

24 Sentyabr 2020, 20:02

Türk Hava Yolları (THY) 2 oktyabr 2020-ci il tarixindən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq.

Türk Hava Yollarının Bakı nümayəndəliyindən  Modern.az-a verilən məlumata görə, uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıb və AnadoluJet markası ilə həyata keçiriləcək.

“Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı – Ankara – Bakı reysinə bilet əldə etmək, www.anadolujet.com web səhifəsini ziyarət etmək və ya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusi ilə qeyd etmək istəyirik. Əlavə olaraq Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək”, - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir