Modern.az

Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB

Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB

26 Sentyabr 2020, 00:23

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu An-26" hərbi nəqliyyat təyyarəsinin  qəzasında ölü sayı artıb.

Modern.az xəbər verir ki,  təyyarənin göyərtəsində 28 nəfər olub. Qəza nəticəsində 22 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 4 nəfərin axtarışları davam etdirilir.

 

23:36

 

Ukraynanın Xarkov vilayəti yaxınlığında baş verən təyyarə qəzasında ölü sayı artıb.

 

Modern.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı qəzaya uğrayan təyyarənin An-26 olduğunu təsdiq edib.

Təyyərədə 5 heyət üzvü və 28 kursant olub. Qəza nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

22:47

 

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir