Modern.az

Təmayüldən asılı olaraq məktəblərdə təhsilin təşkili qaydası müəyyənləşib

Təmayüldən asılı olaraq məktəblərdə təhsilin təşkili qaydası müəyyənləşib

Təhsil

30 Sentyabr 2020, 20:01

Tam orta təhsil səviyyəsində təhsilin təşkili qaydası müəyyənləşib.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb.

Beləliklə, tam orta təhsil səviyyəsində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

- mövcud qanunvericiliyə uyğun olaraq, meyl və maraqları, potensial imkanları nəzərə alınmaqla şagirdlər üçün müxtəlif təmayül istiqamətləri üzrə;

- təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə.

Bu və ya digər təmayül istiqamətlərinə daxil olan təmayül fənlərinin və başqa fənlərin məzmunu varislik prinsipi əsasında icbari ümumi orta təhsil səviyyəsi üzrə müvafiq fənn kurikulumlarında təsbit olunmuş ümumi təlim nəticələri mövcud tələbata uyğun inkişaf etdirilməklə müəyyənləşdirilir və mahiyyət etibarilə şagirdlərin ali təhsil pilləsində təhsil almaq imkanlarının reallaşdırılmasına yönəldilir. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə biliklərinin dərinləşməsinə, dünyagörüşünün genişlənməsinə, ünsiyyət, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.

Təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə təşkil edilən tam orta təhsilin məzmunu icbari ümumi orta təhsil səviyyəsini bitirən şagirdlərin əldə etdikləri zəruri bilik və həyati bacarıqların təkmilləşdirilməsinə, onların cəmiyyətə çevik inteqrasiyasına və malik olduqları potensiala uyğun müvafiq peşələrə istiqamətləndirilməsinə xidmət edir.

Təmayül və qeyri-təmayül istiqamətləri üzrə nümunəvi tədris planlarındakı fənlərin məzmunu müvafiq tədris proqramları ilə müəyyən olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı