Modern.az

Azərbaycan Robert Köçəryanı beynəlxalq axtarışa verə bilər

Azərbaycan Robert Köçəryanı beynəlxalq axtarışa verə bilər

Parlament

9 Oktyabr 2020, 11:46

“Azərbaycan bu gün münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”.
 
Modern.az xəbər verir ki,  bunu Milli Məclisdə keçirilən brifinqdə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov deyib.
 
Deputat  deyib ki, Ali Baş Komandan İlham Əliyev də bunu bəyan edib:

“Ancaq bunun üçün işğalçı qüvvələr Azərbaycan ərazilərini tərk etməlidir və Ermənistan tərəfindən ATƏT-in Minsk qrupuna, beynəlxalq vasitəçilərə işğalçı qoşunların bölgələrdən hansı ardıcıllıqla çıxması barədə cədvəl təqdim edilməlidir”.
 
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işğal olunmuş ərazilərə silah və sursat daşımasına münasibət bildirən Nizami Səfərov bu məsələyə belə cavab verib:

“Beynəlxalq hüquq normalarına əsasən, belə hallara yol verən şəxslər İnterpol vasitəsi ilə axtarışa verilir”.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı