Modern.az

Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…” 

Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…” 

Qərbi Azərbaycan

25 Oktyabr 2020, 13:22

Qərbi Azərbaycan ərazisində yerləşən Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.

Modern.az-ın məlumatına görə, sakinlərin müraciətində deyilir:

 


- Hörmətli, Cənab Prezident

  
Son 200 il ərzində Azərbaycan xalqı çoxsaylı faciələrlə üzləşərək sahib olduğu tarixi torpaqlarının böyük hissəsini itirmək məcburiyyətində qalıb. İrəvan xanlığı və Zəngəzur mahalı da son iki əsrdə itirdiyimiz tarixi torpaqlarımızın bir hissəsidir. Sizin dəfələrlə səsləndirdiyiniz “Ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır” sözləri biz Nüvədi kənd sakinlərinin qəlbində o torpaqlara qayıdacağımıza olan inamı sönməyə qoymayıb.


Hörmətli, Cənab Ali Baş Komandan

   
Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə başladığı andan hər bir Nüvədi kənd sakininin illərdir sönməyən vətən həsrəti yenidən alovlanmağa başlayıb. Rəşadətli Azərbaycan Ordusunun Zəngilan rayonunu işğaldan azad edərək Nüvədi kəndinin cəmi bir-neçə kilometrliyinə kimi irəlilədiyi xəbərini eşitdiyimiz andan 29 illik vətən həsrətinin sona çatacağına daha çox əmin olmağa başlamışıq.

  
Sizə də məlum olduğu kimi, hazırda Zəngilan rayonu ilə həmsərhəd ərazidə yerləşən Nüvədi kəndinin Ermənistana verilməsi təşəbbüsünü 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Levon Mirzoyan irəli sürüb. Təəssüf ki, erməni xislətinə sadiq qalan Levon Mirzoyanın bu təşəbbüsü 1969-cü ilin may ayında - xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinə cəmi 2 ay qalmış tələsik şəkildə reallaşıb. Nüvədi kəndini Ermənistana verən xainlər bilirdilər ki, Ümummilli lider Heydər Əliyev belə təşəbbüsə heç vaxt razı olmayacaq. 

   
Cənab Prezident, bildiyiniz kimi Ümummilli lider Heydər Əliyev Nüvədi kəndi və onun sakinləri haqqında hər zaman yükəsk fikirdə olub. 29 dekabr 1996-cı il tarixində Ümummilli lider Heydər Əliyev Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Nüvədi kəndi və onun sakinləri haqqında bu sözləri deyib: “Nüvədi kəndi qədim ənənələrə mənsub olan kənddir. Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardı. Ermənistan ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda onlar ordan çıxmırdılar. 1991-ci ildə onları ordan zorla çıxartdılar”.


Hörmətli, Cənab Prezident


1988-91-ci illərdə - 3 il ərzində Ermənistanın təcavüzünə qarşı təkbaşına mübarizə aparan Nüvədi kəndinin sakinləri kəndi tərk etdikdən sonra yaxınlıqdakı Zəngilan rayonun Vejnəli kəndində məskunlaşaraq mübarizəni davam etdiriblər. Nüvədi kənd sakinləri tərəfindən yaradılan “Nüvədi batalyonu”nun əsgərləri Zəngilan rayonu işğal olunana kimi ön cəhbədə düşmənlə qəhrəmancasına vuruşublar. Bu müharibədə “Nüvədi batalyonu”nun bir-neçə əsgəri şəhid olub, bir-neçəsi isə ağır şəkildə yaralanıb. Əgər razılıq versəniz Nüvədi kəndinin sakinləri yenidən əllərinə silah alaraq döğma torpaqlarımız azad etmək üçün vuruşmağa hazırdılar.


Hörmətli, Cənab Ali Baş Komandan

 
Bu gün Ermənistanda Azərbaycanın 3 eksklav ərazisi – Sədərək rayonunun Kərki, Qazax rayonun Yuxarı Əskipara və Bərxudarlı kəndləri işğal altındadır. Məlum məsələdir ki, Ermənistan işğal altındakı Qarabağdan sülh yolu ilə çıxmaq niyyətində deyil. Belə olan halda Ermənistan öz ərazisindəki anklav bölgələrə - Kərki, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinə azərbaycanlıların geri qayıtmasını təmin etməyəcək. İşğal edilən bu 3 kəndimizin qarşılığında Azərbaycan Ordusunun vaxtı ilə azərbaycanlıların yaşadığı və Zəngilan rayonundan cəmi bir-neçə kilometr aralıda yerləşən Nüvədi kəndinə daxil olması barədə əmr verməyinizi sizdən xahiş edirik.


Hörmətli, Cənab Prezident

  
Biz Nüvədi kənd sakinləri olaraq tarixi ədalətin bərpa edilməsində və Azərbaycanın haqlı davasında atdığınız qətiyyətli addımları, aldığınız qərarları yüksək qiymətləndiririk. İnanırıq ki, siz Nüvədi kənd sakinlərinin öz dədə-baba torpaqlarına qayıtmasını təmin etməklə Azərbaycan tarixində daha bir parlaq səhifəni açmış olacaqsınız. 

İnanırıq ki, siz növbəti çıxışlarınızın birində “NÜVƏDİ azərbaycanlılarındır!” deyəcəksiniz. 


Dərin hörmətlə Nüvədi kənd sakinləri adından

  1. Həsənov Balakişi Balakişi oğlu
  2. Qasımov Fərman Bərxudar oğlu
  3. Quliyev Qulu Dadaş oğlu
  4. Qurbanov Təvəkkül Fərəc oğlu
  5. Sərməstov Məhərrəm Səmi oğlu
  6. Hətəmxanov Abbas Dostməmməd oğlu
  7. Əhmədov İsfəndiyar Yadulla oğlu
  8. Əliyev Üzeyr Əli oğlu
  9. Abbasov Qurbanəli Cəlal oğlu
  10. Əliyev Aqil Həmzə oğlu
  11. Əliyeva Hafizə Ağalar qızı
  12. Əliyeva Fatimə Əhmədəli qızı
  13. Qəhrəmanova Hasilə Məstan qızı
  14. İmanquliyev Əsgər Nəsəf oğlu
  15. Cəfərov Nail Nadir oğlu
  16. Qurbanov Əsəd Camal oğlu
  17. Qəhrəmanova İslam Məstan oğlu
  18. Həsənov Şəmkir Zakir oğlu
  19. Qurbanov Elmar Allahyar oğlu
  20. Babatov Sərdar Sağlar oğlu
  21. Babatov Rahib Əbil oğlu
  22. Qurbanov Bakir Allahyar oğlu
  23. Baxşəliyeva Paşa Bayram oğlu
  24. Qurbanova Zümrüd Şahmurad oğlu
  25. Hüseynov Firudin Zülfiqar oğlu
  26. Baxşəliyeva Sayad Xudu qızı
  27. Həsənov Tərlan Məmməd oğlu
  28. Babatov Nəzi Gümüş oölu
  29. Tarverdiyev Qurban Məstan oğlu
  30. Həsənova Əntiqə Dadaş qızı
  31. Həsənov Mustafa Mahmud oğlu
  32. Cəfərov Anar Aydın oğlu
  33. Möhsümov Nəsir Qüdrət oğlu
  34. İbadov Arif Gülü oğlu
  35. İbadov Elmar Gülü oğlu
  36. Məmmədov İntiqam Soltan oğlu
  37. Rəhimov Qafar Hüseyn oğlu
  38. Əliyev Gülbala İbrahim oğlu
  39. Əliyev Məhəmmədəli Səhleli oğlu
  40. Abbasov Asəf Məhərrəm oğlu
  41. Cəfərov Fazil Nadir oğlu
  42. Rzayev Bəşir Süleyman oğlu
  43. Bağırov Elşən Əlverdi oğlu
  44. Həsənov Qiyas Filman oğlu
  45. Allahverdiyev Mustafa Xurşud oğlu
  46. Quliyev Rasim Mirzə oğlu
  47. Əliyeva İlahə Həmzə qızı
  48. Qurbanov Səid Elmar oğlu
  49. Qurbanov Tural Bakir oğlu
  50. Abbasova Şəfayət Camal oğlu
  51. İbadov Vurğun Gülü oğlu
  52. Rzayev Humay Süleyman oğlu
  53. Əliyev Xaliq Qızıl oğlu
  54. Əbilov Orucəli Səməd oğlu
  55. Qəhrəmanova Sevinc Məstan qızı
  56. Həsənov Humay Əli oğlu
  57. Həsənova Nuranə Zakir qızı
  58. Həsənov Lətif Zakir oğlu
  59. Qurbanov Məmməd Elmar oğlu
  60. Bağırov Əhsən Əlverdi oğlu
  61. Allahverdiyev Rüstəm Allahverdi oğlu
  62. Əhmədov Şəmsəddin Yadulla oğlu

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi