Modern.az

Atəşkəs dövründə öldürülən azərbaycanlılar...

Atəşkəs dövründə öldürülən azərbaycanlılar...

28 Oktyabr 2020, 10:46

1988-ci ildə Ermənistanın Azərbaycan qarşı əsrlərdir davam edən ərazi iddiaları şiddətlənməyə başladı. Bunun nəticəsində 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə oldu. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə dayandırılmışdı.


“Bişkek protokolu”nu imzalamaqla tərəflər atəşkəs rejiminə riayət edəcəklərinə razılaşmışdılar. Lakin Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, düşmən hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib.


Azərbaycan Respublikası Baş Prokurorluğunun 2020-ci ilin mart ayında açıqladığı rəqəmlərə əsasən, atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən 2020-ci ilin mart ayına qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs erməni təcavüzünün qurbanı olub.


Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib.


Baş prokuror Kamran Əliyev atəşkəs dövründə 1038 hərbiçinin, 69 mülki şəxsin yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu bildirib.


Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!