Arxiv
9 Noyabr 2020, 11:06 | ÖLKƏ
Bayram Səfərov Şuşa xəbərinin muştuluğunu kimə verəcəyini açıqladı: “Görək, nə istəyəcək”

“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!” .


Bu sözləri Modern.az-a Şuşanın icra başçısı Bayram Səfərov deyib. O, Şuşanın azad olunması barədə xəbərdən bir gün öncə saytımıza verdiyi açıqlamanı xatırlayıb:


“Elə sizə açıqlamamda demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onunçün edəcəyəm.

Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”.


Bayram Səfərov Şuşa həsrəti ilə dünyadan köçən ziyalıları, şuşalıları da xatırlayıb:


“Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki... Mərhum bəstəkarımız Süleyman Ələsgərovla sağlığında Şuşa haqqında çox söhbət edirdik. Mən bilirəm ki, o Şuşasızlığa dözə bilmədi.

Saytınız vasitəsilə, Azərbaycan xalqına müraciət etmək istəyirəm. Şuşanı, Qarabağı azad edən Ali Baş Komandanımızı ömürlük prezidentimiz seçək. Bunu seçki, referendum və ya başqa hər hansısa formada edə bilərik. Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı. Papağımızı başımıza qoya bilməyimiz üçün papağımızı bizə qaytarıb. Bunlar elə bir hissdir ki, sözlə ifadə edə bilmirəm. Mən həmişə demişəm ki, hər şeyim var, eyni zamanda heç nəyim yoxdur. İndi tamamlandı. Möhtərəm prezidentimiz, var olsun, o tamamladı. Hər yerdə bizə qaçqın, köçkün kimi baxılırdı. Ermənilər belə bizləri aşağılayırdılar. Haqq-ədalət öz yerini tapdı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Şabranda qanunsuz ov edənlər saxlanıldı - FOTO 21 Yanvar 2021, 09:54 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38