Modern.az

Ön cəbhəyə yaxın yaşayan uşaqlara hədiyyələr göndərildi

Ön cəbhəyə yaxın yaşayan uşaqlara hədiyyələr göndərildi

13 Noyabr 2020, 14:58

“Azərbaycan Mebel istehsalçıları Assosiasiyası” İctimai Birliyi (AzMiA) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə ön cəbhəyə yaxın yaşayış məntəqələrində yaşayan uşaqlara hədiyyələr göndərib.

“Uşaqlarımız hər zaman hər yerdə gülümsəsin, üzlərindən sevinc, dodaqlarından təbəssüm əskik olmasın. Uşaqlarımız öz güclü dövlətləri, qədirbilən xalqı ilə daim qürur duysun, özlərini güvənc içində hiss etsin! Bu işdə hər birimizin edə biləcəyi işlər, verə biləcəyi töhfələr var” – deyə ictimai birlik mənsubları Modern.az-a bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəsillərə hərtərəfli diqqət və qayğısını örnək alan “Azərbaycan Mebel istehsalçıları Assosiasiyası” İctimai Birliyi (AzMiA) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB)  rəhbərliyi də bu istiqamətdə fəaliyyət göstərməyi bir mənəvi borcu kimi qəbul edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir