Modern.az

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

Allah rəhmət eləsi̇n

18 Noyabr 2020, 12:38

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib. Bu barədə Modern.az-a onun oğlu Rəhim Həsənov bildirib.

Milli Qəhrəman noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Milli Qəhrəman süni tənəffüs aparatına qoşulmuşdu.

 
Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sonra isə Kiyev şəhərinə gedib. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilib. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.

Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. Məhəmməd Həsənovun döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçib. 

Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb.

1993-cü il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. 

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.


Ailəlidir, dörd övladı var.


Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir