Modern.az

Gəncə sakininin meyiti göldə tapıldı

Gəncə sakininin meyiti göldə tapıldı

Aktual

21 Noyabr 2020, 20:03

Daşkəsəndə göldə kişi meyiti aşkarlanıb.

 

Modern.az xəbər verir ki, rayonun Xoşbulaq kəndində yerləşən göldən meyiti tapılan şəxsin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Ələddin Firudin oğlu olduğu müəyyənləşib.

 

Göldən ona məxsus “VAZ 2106” markalı avtomobil də tapılıb. Məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib. O, bu il oktyabrın 31-də avtomobili ilə birlikdə itkin düşüb. Bununla bağlı polisə məlumat verilib (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır